Головна

Bülhəsən Əlİ İbn Məhəmməd Səməri

  1. Bülqasim Hüseyn İbn Ruh Nobəxti
  2. Məhəmməd İbn Osman İbn Səid Əmri

İmam Məhdi əleyhissəlamın göstərişinə[56] və üçüncü nümayəndə Hüseyn ibn Ruh Nobəxtinin vəsiyyətinə əsasən, ondan sonra Əli ibn Məhəmməd Səməri İmamın xüsusi nümayəndəsi tə'yin olunaraq şiələrin başçısı seçilir.[57] Səməri İmam Həsən Əskəri əleyhissəlamın səhabələrindən olmuşdur.[58] O, vəfat etdiyi üç yüz iyirmi doqquzuncu ilə qədər İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndəsi vəzifəsində çalışmışdır. Hüseyn ibn Ruh vəfat etməzdən bir neçə gün əvvəl İmam Məhdi əleyhissəlamdan aşağıdakı məzmunda ona bir məktub gəlir: "Bismillahir-rəhmanir-rəhim! Ey Əli ibn Məhəmməd Səməri! Allah-taala sənin vəfatından mö'min qardaşlarına əcr əta etsin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini səliqə-səhmana sal və heç kəsi öz yerinə canişin tə'yin etmə! Böyük qeyb dövrü çatıb və mən bir də Allahın icazə verdiyi vaxt zühur edəcəyəm. Mənim zühurum uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzündə zülm və haqsızlıq baş alıb getdikdən sonra olacaq. Şiələrim arasında məni görmək (mənim xüsusi nümayəndəm olması) iddasını edənlər olacaq. Süfyaninin qiyamından və göy sədasının eşidilməsindən[59] qabaq kim belə iddia edərsə, bilin ki, o, yalançıdır və dedikləri iftiradır (böhtandır). Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur."[60]

Məktub gəldikdən düz altı gün sonra Əbülhəsən Səməri vəfat edir.[61] Vəfat etməzdən qabaq ondan soruşurlar ki, səndən sonra İmamın nümayəndəsi kimdir? O isə cavab verir ki, mənim kimisə nümayəndə tə'yin etməyə icazəm yoxdur.[62]

Əbülhəsən Səmərinin vəfatından sonra şiə tarixində "böyük qeyb dövrü" adı ilə məşhur olmuş yeni bir mərhələ başlayır. Gələn səhifələrimizdəki bəhslər də məhz bu barədə olacaq.

 



Bülqasim Hüseyn İbn Ruh Nobəxti | Mam Məhdi əleyhissəlamın adını və yerini gizli saxlamaq

Siyasi səbəbləri | Həzrət Məhdi əleyhissəlamın qeybə çəkilməsinin siyasi-ictimai səbəbləri | Mam Məhdi əleyhissəlamın xüsusi nümayəndələri | Məhəmməd İbn Osman İbn Səid Əmri | Vəkillərə (nümayəndələrə) rəhbərlik etmək | Fiqhi sual və əqidəvi müşkülata cavab vermək | Mam Məhdi (əleyhissəlam) doğulmazdan qabaq onun haqqında yazılmış kitablar | Məhdi əleyhissəlamın atası kimdir? | Bn Xəldun və Məhdi (əleyhissəlam) haqqında nəql olunmuş rəvayətlər | Məhdi əleyhissəlamı gözləmək və Məhdilik iddiası edənlər |

© 2016-2022  um.co.ua - учбові матеріали та реферати